...

MSK bələdiyyə seçkiləri üçün namizədliyi qeydə alınanların sayını açıqlayıb

Siyasət Materials 29 Dekabr 2024 14:40 (UTC +04:00)
MSK bələdiyyə seçkiləri üçün namizədliyi qeydə alınanların sayını açıqlayıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 16 708 nəfər müraciət edib.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

"Namizədliyi irəli sürülənlərdən 16 460 nəfərə imza vərəqələri verilib, 16 023 nəfər imza vərəqələrini qaytarıb, 15 729 nəfərin nаmizədliyi qeydə alınıb", - o bildirib.

Onun sözlərinə görə, hazırda qeydiyyatda qalan 15 696 nəfərdir, 33 nəfər prosesi dayandırıb, 1 nəfər isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti