Bakı. Trend:
Qırmızı kitaba daxil edilmiş heyvan və ya xüsusi mühafizə olunan bitki növlərinin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr artırılıb.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə təsdiqlədiyi dəyişiklikdə öz əksini tapıb.
Belə ki, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə - fiziki şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək.