Bakı. Trend:
“S7” Aviaşirkətinin Yuzno-Saxalinsk-Novosibirsk marşrutu üzrə uçan təyyarəsi sərnişinlərdən birinin vəfatı səbəbindən İrkutsk vilayətinin Bratsk şəhərinin hava limanında məcburi eniş edib.
Trend bu barədə TASS-a istinadən xəbər verir.
““S7” aviaşirkətinin 5258 saylı reysi ilə Yuzno-Saxalinsk-Novosibirsk marşrutu üzrə uçan təyyarəsi Bratskda məcburi eniş edib. Sərnişinlərdən birinin səhhəti pisləşib və o, vəfat edib”, – məlumatda bildirilir.
Qeyd edilir ki, təyyarə saat 13:33-də (Moskva vaxtı ilə 09:33) Novosibirskə uçuşunu davam etdirib.