Bakı. Trend:-
Pakistan hökuməti siyasi fikir ayrılıqlarının həlli üçün müxalifətlə dialoqun tərəfdarıdır, lakin danışıqların gündəliyinə respublikanın keçmiş baş naziri İmran Xanın amnistiyasını daxil etməyi planlaşdırmır.
Trend-in məlumatına görə, bu barədə "The Express Tribune" qəzeti neft və qaz naziri Musadiq Malikə istinadən bildirib.
"Konstruktiv dialoq cəmiyyətin problemlərinin həlli üçün vacibdir, lakin Ədalət naminə Hərəkatının qurucusu [İmran Xanın] cinayət əməlləri müzakirə mövzusu deyil", - deyə nazir qeyd edib.
M.Malik müvafiq sübutların mövcudluğu nəzərə alınmaqla, İmran Xana qarşı işlərin əsaslandırılmış olduğunu vurğulayıb. “DZS-nin təsisçisinə qarşı heç bir siyasi iş açılmayıb”, -deyə bildirilib.