Bakı. Trend:
Yaponiyanın Vakayama prefekturasında Tanabe Təhsil Komitəsinin dəstəyi və “Youth Fest” Komitəsinin təşkilatçılığı ilə "Gənclər Festivalı" adlı mədəniyyət tədbiri keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Tanabe şəhərində yuxarı sinif şagirdləri tərəfindən “Tanabe Enplus” mərkəzində baş tutan festivalda yemək və sərinləşdirici içki satışı, ustad dərsləri, müxtəlif təqdimatlar təşkil olunub.
Tədbirdə soydaşımız Minarə Şükürova Azərbaycan haqqında təqdimatla çıxış edərək qonaqlara mədəniyyətimiz və tariximiz haqqında ətraflı məlumat verib. Festival zamanı xoreoqraf Lalə Aslanur yaponlara Azərbaycan rəqsləri haqqında onlayn dərs keçib.
Qeyd edək ki, “Mənimlə rəqs et” layihəsinin rəhbəri Lalə Aslanur 5 ildən çoxdur ki, milli rəqslərimizi təbliğ edir, Azərbaycan mədəniyyətini dünyada tanıdır. Növbəti belə ölkə Yaponiya olub. Azərbaycan milli rəqsləri gündoğar ölkənin sakinləri tərəfindən maraqla qarşılanıb.
Festival haqqında yerli mətbuatda da məqalələr dərc olunub:
https://www.agara.co.jp/article/443652; https://www.agara.co.jp/article/433007