...

ABŞ-də matəm elan olunub

Dünya xəbərləri Materials 30 Dekabr 2024 09:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden 9 yanvar 2025-ci il tarixini keçmiş prezident Cimmi Karterin ölümü ilə əlaqədar ABŞ-də milli matəm günü elan edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında deyilir.

Qeyd edək ki, dekabrın 30-da gecə saatlarında ABŞ-nin 39-cu prezidenti, Nobel Sülh Mükafatı laureatı Cimmi Karterin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Keçmiş prezidentin ömrünün son illərində ağır xəstə olduğu bildirilir. Bu ilin oktyabrında Karterin 100 yaşı tamam olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti