Bakı. Trend:
“Məqsədli proqramların həyata keçirilməsi Qaydası” təsdiq edilib.
Trend xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qaydaya əsasən, dövlət orqanları (qurumları), bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin müsabiqədə iştirakına yol verilmir.
İşəgötürənlər hər müsabiqəyə yalnız 1 (bir) layihə təqdim edə bilərlər və layihə çərçivəsində yaradılacaq iş yerlərinin sayı işəgötürənin mövcud işçi sayının 10 (on) faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox ola bilməz. Bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulan vəsaitin məbləğindən çox olmamaqla, iş yerlərinin yaradılması ilə bağlı xərclərin 75 faizədək hissəsi Agentlik tərəfindən, azı 25 faizi isə işəgötürən tərəfindən ödənilir.