...

Fitso Aİ liderlərini Ukraynanın qaz tranziti qərarına diqqət yetirməyə çağırıb

Dünya xəbərləri Materials 30 Dekabr 2024 01:48 (UTC +04:00)
Fitso Aİ liderlərini Ukraynanın qaz tranziti qərarına diqqət yetirməyə çağırıb

Bakı. Trend:

Slovakiyanın baş naziri Robert Fitso Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyenə açıq məktub göndərərək, Ukraynanın Avropaya qaz tranzitini dayandırmaq qərarına təcili diqqət yetirməyi xahiş edib.

Trend-in məlumatına görə, sənədin mətnini Hökumət başçısı "Facebook"da yerləşdirib.

"Əminəm ki, Avropanın Ukraynaya dəstək səylərinin rasional olması Avropa İttifaqının bütün vətəndaşlarının maraqlarına uyğundur, özünü məhv edən və Aİ üçün son dərəcə zərərli jestlər şəklində deyil", - deyə Robert Fitso qeyd edib.

Slovakiyanın baş naziri yazıb ki, “Volodimir Zelenski birtərəfli qaydada, Aİ orqanları və ya maraqlı üzv dövlətlərlə heç bir məsləhətləşmədən bəyan edib ki, 2025-ci il yanvarın 1-dən sonra Ukrayna öz ərazisindən Slovakiya istiqamətində və Qərbi Avropada digər alıcılar üçün heç bir qaz tranziti təmin etməyəcək".

R.Fitsonun sözlərinə görə, Aİ-nin rəhbər orqanları Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasının birlik üçün mənfi nəticələrini təhlil etməyib. O, Avropada qazın qiymətinin artacağını proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti