Bakı. Trend:
Hindistan Silahlı Qüvvələri həm xarici, həm də daxili düşmənlərin davamlı fəaliyyəti səbəbindən sayıq qalmalıdır.
Trend-in məlumatına görə, bu barədə ölkənin mərkəzi hissəsində yerləşən Madhya-Pradeş ştatında hərbi qulluqçulara müraciət edən ölkənin müdafiə naziri Rajnatx Sinqx bildirib.
Nazir Hindistanın "təhlükəsizlik baxımından o qədər də şanslı ölkə olmadığına" diqqət çəkib və əsgərləri "daxili və xarici düşmənləri yaxından izləməyə" çağırıb. “Şimal və qərb sərhədlərimiz daim çətinliklərlə üzləşir. Biz daxili cəbhədə də təhdidlərlə üzləşirik", - deyə o bildirib.
"Bütün bunların fonunda biz sakit və qayğısız otura bilmərik. İstər daxili, istərsə də xarici düşmənlərimiz daim fəaldır. Belə bir şəraitdə biz onların fəaliyyətini diqqətlə izləməli, onlara qarşı müvafiq və vaxtında təsirli tədbirlər görməliyik", - deyə nazir qeyd edib.