Bakı. Trend:
Azərbaycanın Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.
Trend xəbər verir ki, bu, Azərbaycandan Suriyaya gedən ilk yardım konvoyudur.
Bu yardım konvoyunda 200 tona yaxın qida və ərzaq məhsullarını əhatə edir və 10 maşından ibarətdir.
Xatırladaq ki, Suriyanın müxalifət qüvvələri dekabrın 8-də Dəməşqə daxil olub və prezident Bəşər Əsəd ölkədən qaçıb. Xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir dekabrın 10-da Suriya keçid kabinetinin rəhbəri təyin olunub.
Qeyd edək ki, 29 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.
Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər. Bu baxımdan, ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.