Bakı. Trend:
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 90 günə endirilib.
Trend xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Belə ki, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.