Bakı. Trend:
Cənubi Koreya prezidenti Yun Sok Yol barəsində işi araşdıran Birgə İstintaq Qrupu onun həbs edilməsinə dair order verilməsini istəyib.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
"Sorğu Seul Qərb Dairə Məhkəməsinə təqdim edilib", - deyə qeyd olunub.
Bildirilib ki, istintaq qrupu Yun Sok Yolun sorğu-sual üçün gəlmək haqqında üç çağırışa məhəl qoymamasından sonra həbs orderinin verilməsini istəyib.
Prezidentin nümayəndəsi həbs qərarı ilə bağlı müraciətə cavab olaraq “rəsmi addımlar” atmaq niyyətində olduğunu bildirib.