...

Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Dünya xəbərləri Materials 30 Dekabr 2024 05:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç prezident seçkilərinin birinci turunda 49,1 faiz səs toplayıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, hakim Xorvatiya Demokratik İttifaqı partiyasının namizədi Draqan Primorats seçicilərin 19,35 faizi tərəfindən dəstəkləndi. Qalan namizədlər 9 faiz və ya daha az bal toplayıblar.

Qeyd olunub ki, seçkiqabağı sorğular həmçinin Milanoviç və Primoratsın yanvarın 12-də keçiriləcək ikinci turda görüşəcəyini göstərib.

Z.Milanoviç tərəfdarlarına təşəkkür edərək, "bu, yalnız ilk tur idi" dedi. "Biz yenə və yenə də mübarizə aparmalıyıq, hələ heç nə bitməyib", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti