Bakı. Trend:
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Xəzər dənizində yerli vaxtla 00.14-də 4,0 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 65 kilometr dərinlikdə yerləşib.