...

Suriyadan qaçan 13 əsgər Livanla sərhədi keçərkən saxlanılıb

Dünya xəbərləri Materials 30 Dekabr 2024 07:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın əvvəlki rejimində hökumət ordusunda xidmət edən 13 nəfərlik suriyalı zabit və əsgər Livanla sərhəddə ölkəyə qeyri-qanuni yollarla daxil olmaq istəyərkən saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə "Elnashra" xəbər portalına Livan təhlükəsizlik xidmətlərindəki mənbə bildirib.

Məlumata əsasən, qaçan Suriya əsgərləri Akkar sərhəd rayonunun Muşmiş kəndi yaxınlığında sərhədi keçən pikapda yerli sakinlər tərəfindən aşkar edilib.

Qanun pozucuları Livan sərhəd orqanlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti