...

Fransa həbsxanalarında məhbus sıxlığı kritik həddə çatıb

Dünya xəbərləri Materials 29 Dekabr 2024 04:46 (UTC +04:00)
Fransa həbsxanalarında məhbus sıxlığı kritik həddə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Ədliyyə Naziri Jerald Darmanin həbsxanaların doluluq səviyyəsinin kritik həddə çatdığını və yaxın gələcəkdə cinayətkarları saxlamaq üçün yer qalmaya biləcəyini bildirib.

Trend xəbər verir ki, nazir bu barədə “Le Parisien” qəzetinə verdiyi müsahibədə danışıb.

“Hazırda Fransada 60 min çarpayıya qarşı 82 min məhbus saxlanılır ki, bu da 30 faizdən çox sıxlıq deməkdir. Əgər heç bir tədbir görməsək, bir neçə aydan sonra cinayətkarları həbs edə bilməyəcəyik,” - deyə Darmanin vurğulayıb.

Nazir bu problemi həll etmək üçün yüngül şərtlərlə məhkum edilmiş şəxslər üçün qısamüddətli həbsxanaların tikilməsini təklif edib:
“Adi həbsxanaların tikintisi yeddi il çəkir. Ancaq belə şərait hər kəs üçün vacib deyil. Yeni, daha sadə müəssisələr yaratmaq daha səmərəli olacaq.”

Darmanin həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək və cinayətkar liderlərin həbsxanadan əməliyyatları idarə etməsinə son qoymaq planlarından bəhs edib:
“Hal-hazırda həbsxanalarda saxlanılan 17 min məhbus narkotik paylanmasına görə həbs edilib. Fransa həbsxanalarını mobil telefonlardan tam təmizləmək və kriminal icmaların liderlərini təcrid etmək niyyətindəyik.”

Ədliyyə Nazirliyinin son hesabatına əsasən, Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çataraq 80 130 nəfəri keçib.

Xəbər lenti

Xəbər lenti