...

Bu il qeyri-neft-qaz ixracı artıb

İqtisadiyyat Materials 29 Dekabr 2024 10:47 (UTC +04:00)
Bu il qeyri-neft-qaz ixracı artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3,1 milyard dollar təşkil edib.

Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadən bildirir ki, hesabat ayları ərzində yeyinti məhsullarının ixracı 12,3 faiz artaraq 923 milyon dollara bərabər olub.

11 ayda ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4 faiz artaraq 37,5 milyon dollar, pambıq lifi 52,6 faiz artaraq 170 milyon dollar, bitki mənşəli yağlar və piylər 32 faiz artaraq 25,5 milyon dollar, qiymətli metallar 29 faiz artaraq 189,8 milyon dollar, kimya sənayesi məhsulları 19,6 faiz artaraq 265,6 milyon dollar, spirtli və spirtsiz içkilər 13,5 faiz artaraq 64,4 milyon dollar, çay 1,6 faiz artaraq 6 milyon dollar, qara metallar 1,9 faiz artaraq 48,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar 1,5 faiz artaraq 182,7 milyon dollar təşkil edib.

Bu ilin yanvar-noyabr ayları ərzində aqrar məhsulların ixracı 4,4 faiz artaraq 701,7 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 58,3 faiz artaraq 287,3 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9 faiz artaraq 988,9 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti