...

Qanunsuz yollarla vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş vəzifəli şəxs barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Gündəm Materials 29 Dekabr 2024 12:45 (UTC +04:00)
Qanunsuz yollarla vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş vəzifəli şəxs barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olmuş Yunisov Turab Nazim oğlunun qanunsuz əməlləri barədə həmin dövlət qurumundan daxil olmuş məlumat üzrə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, istintaqla Yunisov Turab Nazim oğlunun Dövlət Xidmətinin Siyəzən, Saatlı və İsmayıllı rayon şöbələrində müxtəlif vəzifələrdə hərbi qulluqçu qismində işləyərkən tanışı İbrahimov Səxavət Abas oğlu ilə qabaqcadan əlbir olub öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə işə düzəltmə, hərbi xidmətdən möhlət verilməsi və digər adlarla ayrı-ayrı şəxslərə məxsus pul vəsaitlərini külli miqdarda ziyan vurmaqla ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Turab Yunisov və Səxavət İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti