...

Ağcabədidə yeni yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 29 Dekabr 2024 13:46 (UTC +04:00)
Ağcabədidə yeni yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də (Ağcabədi rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, iki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti