Bakı. Trend:
"Barselona"nın prezidenti Joan Laporta, Rafael Leaonun meneceri Jorje Mendeşlə danışıqlar aparır.
Trend-in məlumatına görə, Laporta tərəflə danışıqların müsbət yekunlaşacağına ümid edir.
Kataloniya təmsilçisi, portuqaliyalı vingerin "Milan"ın baş məşqçisi Paulo Fonseko ilə münasibətlərinin yaxşı olmamasından faydalanmaq niyyətindədir. Artıq Leaonun Milan klubunu tərk edəcəyi barədə xəbərlər yayılıb.
Cari mövsümdə Leao 22 oyunda meydana çıxıb və bu oyunlarda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.