Bakı. Trend:
Son bir il ərzində ABŞ-də evsizlərin sayında rekord artım müşahidə olunub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Mənzil İnşaatı və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2023-2024-cü illərdə evsiz qalanların sayı 18 faiz artıb. ABŞ-də evsiz qalan 771480 nəfər təhlükəsiz sığınacaqlarda yaşayıb.
Bildirilir ki, ABŞ-də evsizlik problemi getdikcə artır. Bir çox şəhərlərdə evsiz insanların şəhərin səkilərində qurulmuş çadırlarda açıq havada yaşadığını görmək olar. Federal və regional hökumət böhranla mübarizə üçün müxtəlif strategiyalar irəli sürürlər. Təbii fəlakətlər, o cümlədən 2023-cü ilin avqustunda Havayda baş verən meşə yanğınları da evsizlərin sayının artmasında rol oynayıb. 2024-cü ilin yanvarına qədər adalarda təxminən 5 min insan evsiz qalıb.