Bakı. Trend:
Tanınmış italiyalı futbolçu Mario Balotelli qışda “Cenoa”nı tərk etmək istəyir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu ölkə xaricində oynamaq niyyətindədir.
O, Meksika təmsilçisi “Kruz Azul”a keçməyə yaxındır. Tərəflər arasında ilkin danışıqlar olub. Lakin maaş məsələsində hələlik ortaq məxrəcə gəlinməyib.
Qeyd edək ki, Mario Balotelli oktyabrın sonunda azad agent kimi “Cenoa”ya keçib. Futbolçu bu müddət ərzində 6 matçda iştirak edib və 56 dəqiqə meydanda olub.