...

Suriyanın keçid hökuməti Misirlə əlaqələri yaxşılaşdırmaq istəyir

Dünya xəbərləri Materials 29 Dekabr 2024 00:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın müvəqqəti hökumətinin xarici işlər naziri Əsad Həsən əş-Şeybani Misirlə əlaqələri mühüm və strateji səviyyədə inkişaf etdirmək niyyətində olduqlarını bəyan edib.

Trend-in məlumatına görə, əş-Şeybani bu barədə “X” platformasındakı hesabında paylaşım edib:
“Biz Misirlə bir-birimizin suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsipinə əsaslanan əlaqələr qurmaq istəyirik.”

Qeyd edək ki, Suriyanın yeni qurulan keçid hökuməti həm Qərb ölkələri, həm də ərəb dünyasının diplomatları ilə təmaslarını gücləndirərək beynəlxalq əlaqələrini yenidən formalaşdırmağa çalışır.

Xəbər lenti

Xəbər lenti