...

Bu ölkədə duman uçuşların ləğvinə səbəb olub

Dünya xəbərləri Materials 28 Dekabr 2024 19:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada sıx duman səbəbindən aviasiya sahəsində xaos yaranıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Qatvik, Hitrou və Mançester hava limanlarında onlarla reys təxirə salınıb və ya ləğv edilib.

Məlumata görə, sıx dumanın əsasən ölkənin cənub-şərq və mərkəzi bölgələrinə enəcəyi və görünüş məsafəsini 100 metrə qədər məhdudlaşdıracağı proqnozlaşdırılır.

Bu gün Hitrou hava limanında 20 reys ləğv edilib, 29 reysdə isə gecikmə müşahidə olunub. Gatvik hava limanında isə bir reys ləğv edilib, 26 reys gecikir. Mançester hava limanında da oxşar vəziyyətlər qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti