Bakı. Trend:
İsrail ordusunun şənbə günü Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 39 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bombardmanlar əsasən Qəzza zolağının şimal hissəsini hədəf alıb. Nəticədə həmin ərazidə 27 nəfər həyatını itirib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, Fələstin-İsrail qarşıdurmasının gərginləşməsindən bu yana ümumilikdə 45,5 min fələstinli həlak olub, 108 mindən çox insan yaralanıb.