...

Gürcüstanın gücü sülh və milli maraqlar üzərində qurulur – Kavelaşvili

Dünya xəbərləri Materials 29 Dekabr 2024 12:31 (UTC +04:00)
Gürcüstanın gücü sülh və milli maraqlar üzərində qurulur – Kavelaşvili
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan xalqı həmişə anlayıb ki, sülh yaşamaq və inkişaf üçün əsas şərtdir.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Kavelaşvili bu gün parlamentdə keçirilən andiçmə mərasimində çıxışı zamanı bildirib.

"Rifahın əldə edilməsi, davamlı inkişaf, təhlükəsiz və parlaq gələcəyin təmin edilməsi, xoşbəxtliyə doğru irəliləmək yalnız mövcud çağırışlara diqqətlə yanaşmaqla, üzləşdiyimiz təhdidləri analiz etməklə və qərarları emosiyalara deyil, vəziyyətin dərindən başa düşülməsinə əsaslanaraq qəbul etməklə mümkündür.

Keçmişdəki səhvlərin təhlili bütün gələcək qərarlarımız üçün əsas olmalıdır. Biz yalnız milli maraqlarımıza əsaslanaraq hərəkət etməliyik. Son illərdə, regionda və dünyada baş verən hadisələr fonunda, ölkəmiz bir sıra ciddi təhdidlərə səbəb olan çağırışlarla üzləşib. Lakin biz bu çətinlikləri xalq və dövlət olaraq birliyimizi qoruyaraq dəf edə bildik.

Həlledici faktor Gürcüstan xalqının azadlıqsevər ruhu oldu ki, bu ruh zülmə, ədalətsizliyə, hörmətsizliyə və təkəbbürə dözmür. Bu ruh ənənələrimizə, dəyərlərimizə, milli kimliyimizə, ailəmizə, inancımıza və vətənimizə bərabər münasibətə hörmət tələb edir.

Məhz bu güclü və əyilməz xarakter sayəsində Gürcüstan xalqı və dövləti bərabərsizliyə baxmayaraq sülhü qoruyub saxlaya bildi, ədalətsizlik və yalanla mübarizə apardı, iqtisadi tərəqqini davam etdirdi, ölkəni gücləndirdi və Avropa ailəsinə daxil olmaq istiqamətində irəlilədi", – deyə Prezident bildirib.

Xəbər lenti

Xəbər lenti