Bakı. Trend:
Böyük Britaniyanın sağçı "Reform UK" partiyasının lideri Naycel Farac amerikalı milyarder İlon Maskın partiyanı maliyyələşdirəcəyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Faracın sözlərinə görə, o, İlon Mask ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində görüşüb.
Görüş zamanı Mask "Reform UK" partiyasına kifayət qədər yüksək məbləğdə ianə bağışlamaq niyyətində olduğunu bildirib.