Bakı. Trend:
Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani, Dohada Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi “HƏMAS” nümayəndə heyəti ilə görüşüb.
Trend-in məlumatına görə, Qətər Xarici İşlər Nazirliyi görüş barədə açıqlama yayıb.
Tərəflər Qəzza zolağında atəşkəs danışıqlarının son vəziyyətini müzakirə edib və bölgədə davam edən müharibəyə son qoyacaq aydın və əhatəli bir sazişin hazırlanması məqsədilə irəliləmənin mümkün yollarını nəzərdən keçiriblər.