...

Hər beş uşaqdan biri münaqişə zonalarında yaşayır - UNİCEF

Dünya xəbərləri Materials 28 Dekabr 2024 20:40 (UTC +04:00)
Hər beş uşaqdan biri münaqişə zonalarında yaşayır - UNİCEF
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada demək olar ki, hər beş uşaqdan biri münaqişələr yaşanan ərazilərdə yaşayır. 473 milyondan çox uşaq İkinci Dünya müharibəsindən bəri ən yüksək zorakılıq səviyyəsindən əziyyət çəkir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) dünyada münaqişə zonalarında yaşayan uşaqların faizinin 1990-cı illərdəki təxminən 10 faizdən iki dəfə artaraq 19 faizə çatdığını bəyan edib.

Bildirilir ki, Haitidə uşaqlara qarşı rəsmi qeydə alınmış cinsi istismar hallarının sayı təkcə 2024-cü ildə min faiz artıb.

UNICEF, həmçinin qeyd edib ki, uşaqlar müharibə zamanı qida çatışmazlığından xüsusilə əziyyət çəkirlər və bu, Sudan və Qəzza zolağında xüsusilə ölümcül təhdiddir. Münaqişə həm də uşaqların səhiyyə və təhsil sisteminə çıxışına ciddi təsir göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti