Bakı. Trend:
"Heydər Əliyev Yarımdalma Qazma Qurğusu"nun (Gəmi) təftişi nəzərdə tutulur.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, gəminin dəniz üzgüçülüyü üçün yararlı vəziyyətdə olub-olmaması barədə, habelə gəminin fəaliyyəti, xüsusiyyəti, spesifikasiyası və ya qüsurları ilə bağlı tam yoxlanılması və təftişi işlərinin həyata keçirilməsi planlaşdırılır.
Məlumata görə, artıq bununla bağlı "Azerbaijan Rigs" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) hazırlıqlara başlayıb.
MMC sözügedən işlərin icrasının 610,2 min manata başa gələcəyini ehtimal edir.
Qeyd edək ki, "Azerbaijan Rigs" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 950 milyon manat olan MMC-nin qanuni təmsilçisi Vəliyev Azər Hacıəli oğludur.