...

Yakov Milatoviç Prezident İlham Əliyevə başsağlığı verib

Siyasət Materials 28 Dekabr 2024 18:40 (UTC +04:00)
Yakov Milatoviç Prezident İlham Əliyevə başsağlığı verib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqronun Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.

Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Bu kədərli anlarda düşüncələrimiz Sizin, dost Azərbaycan xalqının və faciəvi hadisənin təsirinə məruz qalan insanların yanındadır. Sizinlə həmrəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti