Bakı. Trend:
İlk dəfə olaraq məktəblərin 1-ci və 2-ci sinifləri üçün azsaylı xalqın dili olan “Tat dili” dərslikləri hazırlanıb.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün ölkədə 4282 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda müəllim heyəti 150 mindən, şagird sayı isə 1 700 000-dən çoxdur.
Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə 134 min uşaq birinci sinifə qəbul edilib.
"2024-cü ildə 93 211 uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib. 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələri üçün 67 adda (52 adda yeni hazırlanmış, 15 adda təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb.
İlk dəfə olaraq məktəblərin 1-ci və 2-ci sinifləri üçün azsaylı xalqın dili olan “Tat dili” dərslikləri hazırlanıb.
Bununla yanaşı, 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələrinin dərslik ehtiyaclarının təmin olunması üçün 322 adda 7 244 545 nüsxə dərsliyin çapı yekunlaşdırılıb və ümumtəhsil məktəblərinə çatdırılıb", - deyə bildirilib.