...

Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır - XİN

Siyasət Materials 28 Dekabr 2024 16:22 (UTC +04:00)
Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Suriyada Əsəd rejiminin çökməsindən sonra, Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”na uyğun olaraq 2024-cü il ərzində də Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası davam etdirilib.

"2020-2024-cü illər ərzində Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiya olunmuş vətəndaşlarımızın sayı 172 nəfəri uşaq və 52 nəfəri qadın olmaqla 224 nəfərə çatıb. Eyni zamanda, Suriyada Əsəd rejiminin çökməsindən sonra, Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, son illər ərzində İraq Respublikasından 288 nəfəri uşaq və 7 nəfəri qadın olmaqla, ümumilikdə 295 nəfər Azərbaycan Respublikasının vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

İl ərzində Azərbaycan ilə İraq, Macarıstan, Türkiyə, Monteneqro, Qazaxıstan, Tacikistan, Lüksemburq, Rusiya, İran, Özbəkistan, Kolumbiya, Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstan, Tacikistan və Pakistan Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Albaniya, Mərakeş, Səudiyyə Ərəbistanı və Qambiya ilə ikitərəfli müqavilələr imzalanıb", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti