...

Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşının daşınması üçün təyyarə hazırdır

Cəmiyyət Materials 28 Dekabr 2024 14:58 (UTC +04:00)
Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşının daşınması üçün təyyarə hazırdır
Abdullo Janob
Abdullo Janob
Bütün xəbərlər

Bişkek. Trend:

Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşının daşınması üçün təyyarə hazırdır.

Trend xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Askat Alaqozov səhiyyə naziri Alımqadır Beyşanaliyevin Qırğızıstan Prezidenti Sadır Japarova təyyarə qəzasında yaralananlara xüsusi diqqət göstərilməsi tapşırığının icrası ilə bağlı məruzəsi zamanı verdiyi açıqlamaya istinad edərək bildirib.

“Təyyarə Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşı Rinat Asanovun daşınması üçün hazırdır. Lakin onun hazırkı vəziyyəti ağırdır və daşınma riskli ola bilər. Həkimlər icazə verdikdən sonra o, vətənə aparılacaq. Hazırda o, yerli xəstəxanada müalicə olunur və tibbi yardım alır”, - deyə o bildirib.

Mətbuat katibinin sözlərinə görə, digər iki Qırğızıstan vətəndaşının vəziyyəti qənaətbəxş qiymətləndirilir və onların bazar ertəsi xəstəxanadan buraxılması planlaşdırılır.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Xəbər lenti

Xəbər lenti