Bakı. Trend:
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda əmək müqavilələrinin sayı bir il əvvələ nisbətən 75 min və ya 4 faiz artaraq 1 mln. 884 min 109-a çatıb.
Bu barədə Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.
Cari ilin 11 ayında əməkhaqqı fondunda daha 9 faiz artım qeydə alınıb.