...

Almaniya XİN Rusiyaya qarşı yeni sanksiyalara çağırıb

Dünya xəbərləri Materials 28 Dekabr 2024 14:19 (UTC +04:00)
Almaniya XİN Rusiyaya qarşı yeni sanksiyalara çağırıb
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın xarici işlər naziri Annalena Berbok Finlandiya və Estoniya arasında “Estlink 2” kabelinin zədələnməsi ilə bağlı insidentdən sonra Rusiyaya qarşı yeni sanksiyalara çağırıb.

Trend xəbər verir ki, Annalena Berbok bunu “Funke” media qrupuna müsahibəsində deyib.

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri mühüm infrastrukturun daha yaxşı qorunmasını və milli müdafiəyə investisiyaların artırılmasını istəyib. “Biz NATO-dakı tərəfdaşlarımızla Baltik dənizini hibrid təhlükələrdən daha yaxşı qorumalı olduğumuzu müzakirə edirik”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, “Estlink 2” elektrik ötürücü xətti dekabrın 25-də sıradan çıxıb. Helsinki kabelin Kuk adaları bayrağı altında üzən “Eagle S” gəmisinin lövbəri ilə zədələdiyindən şübhələnir. Finlandiyanın gömrük orqanları həmin gəminin Rusiyanın enerji resurslarının daşınmasında iştirak etdiyini bildirir.

Xəbər lenti

Xəbər lenti