...

Dövlət xidmətinə məxsus idarə 1 milyona qeyri-yaşayış sahəsini icarələyir

Tender müsabiqələri Materials 28 Dekabr 2024 12:34 (UTC +04:00)
Dövlət xidmətinə məxsus idarə 1 milyona qeyri-yaşayış sahəsini icarələyir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qeyri-yaşayış sahəsi icarəyə götürür.

Bu barədə Trend dövlət satınalamalarının vahid internet portalından məlumat əldə edib.

Sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı bir məlumat qeyd olunmayıb.

Sadəcə olaraq o məlumdur ki, İdarə qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı “Faktor Qrup-S-1" QSC ilə dəyəri 1,4 milyon manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, “Faktor Qrup-S-1" QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 574 660 manat olan QSC-nin qanuni təmsilçisi Quliyev Elvin Aydın oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti