Bakı. Trend:
Rəqəmsal həllər sayəsində sərnişindaşıma sahəsində də yeniliklər həyata keçirilib. Ötən il istifadəyə verilmiş “ADY Mobile” tətbiqinin mobil cihazlara yüklənmə sayı 166 mini ötüb. Sərnişinlərin təqribən 70 faizi biletlərini onlayn alır.
Trend bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, yeniliklərdən biri ölkədaxili sərnişin qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbin aradan qaldırılması ilə bağlı olub. Artıq “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.
Hazırda turniketlərdən üztanıma sistemi vasitəsilə keçid üçün işlər görülür. Bu, pik saatlarında turniketlərdə sıxlığın yaranmasının qarşısını alacaq. Layihənin əvvəlcə pilot şəklində işə salınması planlaşdırılır.