...

İcbari tibbi sığortada KT və MRT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq edilə bilər

Cəmiyyət Materials 28 Dekabr 2024 11:10 (UTC +04:00)
İcbari tibbi sığortada KT və MRT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq edilə bilər
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İcbari tibbi sığortada KT və MRT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq edilə bilər.

Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlər üçün keçirilən təlimdə deyib

O qeyd edib ki, hazırda KT və MRT müayinələri sığorta hesabına tam ödənişsiz şəkildə həyata keçirilir.

"Bu, əsaslandırılmamış müraciətlərin artmasına, müayinələrdə uzun növbələrə və diaqnostika prosesinin gecikməsinə səbəb olur.

2024-cü ilin 11 ayı ərzində icbari tibbi sığorta hesabına 3.2 milyondan çox radioloji tibbi xidmət göstərilib. Bu xidmətlərdən 481 minə yaxını KT və MRT xidmətlərinin payına düşür. Növbəti ildən etibarən tibbi göstəriş əsasında ambulator şəraitdə aparılan MRT və KT müayinələri üçün hər müraciət üzrə Xidmətlər Zərfinin tarifinə uyğun olaraq 20% məbləğində müştərək maliyyələşmənin tətbiq edilməsi müzakirə olunur. Müştərək maliyyələşmə məbləği müayinə üçün vətəndaş tərəfindən ödənilən məbləğdir.

Bu dəyişikliklər radioloji xidmətlərdən yalnız tibbi göstəriş olduqda istifadəni təmin etmək məqsədi daşıyır. Sözügedən mexanizmin tətbiqi qanunvericilikdə müvafiq dəyişikliklər edildikdən sonra mümkün olacaq", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti