...

Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edəcək - XİN

Siyasət Materials 28 Dekabr 2024 14:34 (UTC +04:00)
Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edəcək - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində nəzərdən keçirilir.

Trend xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Rusiyada xarici vətəndaşların müvəqqəti olma müddəti ilə əlaqədar qəbul edilmiş yeni qaydalarla bağlı yerli medianın sualına cavabında deyib.

"Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək.

Bununla əlaqədar, yaxın günlərdə Azərbaycan Respublikası ərazisində Rusiya Federasiyası vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub", - nazirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti