...

Azərbaycan Premyer Liqası klublarının bazar dəyəri 11.4% artıb

İdman Materials 28 Dekabr 2024 23:51 (UTC +04:00)
Azərbaycan Premyer Liqası klublarının bazar dəyəri 11.4% artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların ümumi bazar dəyəri ötən illə müqayisədə 11.4% artaraq 90.08 milyon avrodan 100.3 milyon avroya yüksəlib.

Trend xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb.

Artım tendensiyasına baxmayaraq, "Neftçi" klubunun heyətinin bazar dəyərində azalma qeydə alınıb. Klubun futbolçularının ümumi qiyməti 12.03 milyon avrodan 10.55 milyon avroya düşüb ki, bu da 12.3% azalma deməkdir.

Əksinə, "Şamaxı" komandası faiz nisbətində ən böyük artıma nail olub. Klubun oyunçularının ümumi dəyəri 82.6% artaraq 3.03 milyon avrodan 5.53 milyon avroya çatıb.

Azərbaycan Premyer Liqasında klubların futbolçularının bazar dəyəri və dəyişiklikləri belədir:

"Qarabağ": 22.65 milyon avro (+12%)
"Zirə": 12.40 milyon avro (+7.1%)
"Sabah": 11.95 milyon avro (+1.7%)
"Sumqayıt": 10.95 milyon avro (+2.6%)
"Neftçi": 10.55 milyon avro (-12.3%)
"Araz-Naxçıvan": 7.75 milyon avro (+40.3%)
"Turan Tovuz": 7.48 milyon avro (+33.5%)
"Kəpəz": 6.13 milyon avro (+11.9%)
"Şamaxı": 5.53 milyon avro (+82.6%)
"Səbail": 4.93 milyon avro (+17.3%)

Xəbər lenti

Xəbər lenti