Bakı. Trend:
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən kədərləndirdi və sarsıtdı. Bu qəza nəticəsində həyatını itirən insanlara görə kədərimizi ifadə edirik.
Belə bir çətin dövrdə bizim düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin və Azərbaycan xalqının yanındadır. Qəza zamanı yaralananların tezliklə sağalmalarını diləyirik.
Azərbaycana istənilən dəstəyi göstərməyə hazır olduğumuza əmin olmağınızı xahiş edirəm".