...

Azərbaycan Baş prokuroru və Rusiya İstintaq Komitəsinin sədri təyyarə qəzasının araşdırılmasını müzakirə ediblər

Siyasət Materials 29 Dekabr 2024 12:35 (UTC +04:00)
Azərbaycan Baş prokuroru və Rusiya İstintaq Komitəsinin sədri təyyarə qəzasının araşdırılmasını müzakirə ediblər
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub.

Trend bu barədə Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir.

Vəzifəli şəxslər Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş verən "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin qəzasının araşdırılması ilə bağlı görülən işləri müzakirə ediblər. Qəzaya uğrayan təyyarənin göyərtəsində iki ölkənin, eləcə də, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub.

Söhbət zamanı Rusiyanın müstəntiqləri və kriminalistlərinin Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının istintaq-əməliyyat qruplarının əməkdaşları ilə səmərəli və hərtərəfli əməkdaşlıq etdiyi vurğulanıb.

Aleksandr Bastrıkin bildirib ki, Rusiya tərəfindən aviasiya hadisələrinin araşdırılmasında böyük təcrübəyə malik və qabaqcıl kriminalistika avadanlıqları ilə təchiz edilmiş mərkəzi aparatın ən təcrübəli mütəxəssisləri işə cəlb olunub. O əlavə edib ki, baş vermiş faciənin bütün səbəblərini və halları müəyyən etmək məqsədilə genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.

Tərəflər telefon danışığı zamanı birgə araşdırma planı çərçivəsində əsas prioritet məsələləri müəyyən edərək, gələcəkdə hərtərəfli əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti