...

ICAO nümayəndəsi Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının araşdırılmasında iştirak etmək üçün Qazaxıstana gəlib

Cəmiyyət Materials 29 Dekabr 2024 10:42 (UTC +04:00)
ICAO nümayəndəsi Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının araşdırılmasında iştirak etmək üçün Qazaxıstana gəlib
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndəsi "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Bakı-Qroznı reysini həyata keçirən təyyarənin Aktau şəhəri yaxınlığında baş vermiş qəzasının araşdırılmasında iştirak etmək üçün Qazaxıstana gəlib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

"29 dekabr tarixində ICAO-nun baş katibinin tapşırığı ilə Akkreditə olunmuş müşahidəçi, Aviasiya hadisələrinin araşdırılması bölməsinin rəhbəri Tormodur Tormodson Aktau şəhərinə gəlib.

ICAO Qazaxıstan aviasiya hakimiyyətinin araşdırmaların şəffaf aparılmasına və maraqlı dövlətlərin cəlb olunmasına dair göstərdiyi səyləri yüksək qiymətləndirib.

Beləliklə, ümumilikdə 17 beynəlxalq ekspert Aktau şəhərindədir", - deyə nazirliyin bəyanatında qeyd olunub.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti