Bakı. Trend:
Azərbaycanlı futbolçu Mahir Emreli, Almaniya 2-ci Bundesliqasında 2024/2025 mövsümünün ilk dövrəsində ən yaxşı qolun müəllifi olub.
Trend-in xəbər verir ki, Mahir, "Qroyter"lə keçirilən IX tur qarşılaşmasında rəqib komandanın qapısından keçirdiyi top ilə bu mükafata layiq görülüb. Onun "Hamburq"la görüşdə vurduğu digər qol isə siyahıda 9-cu olub.
Sentyabr ayında "Nürnberq"ə keçən Mahir indiyədək 4 qol vurub.