Bakı. Trend:
Gürcüstan prezidenti Salome Zurabişvili 29 dekabr yeni dövlət başçısı - hakim partiya "Gürcü Arzusu"nun namizədi Mixail Kavelaşvilinin vəzifəyə başlamasından sonra prezident sarayını tərk etməyə razılaşıb.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Zurabişvili prezident sarayının qarşısına toplaşan tərəfdarlarına müraciət edərək, hakim partiya "Gürcü Arzusu"nu tənqid edib və partiyanı "ölkəni total böhrana aparmaqda" ittiham edib.
"Buradan gedirəm və özümlə legitimliyi aparıram. Mənim iqamətgahda olub-olmamağım heç nəyi dəyişməyəcək. Bu prezident iqamətgahı yalnız legitim bir prezidentin burada olduğu müddətdə bir simvol sayılırdı. Mən Gürcüstanın yeganə legitim prezidenti olaraq qalıram", - Salome Zurabişvili deyib.