Bakı. Trend:
ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp, xaricdən yüksək ixtisaslı mütəxəssislərin ABŞ-da işə qəbuluna imkan verən xüsusi vizaların verilməsini dəstəklədiyini bildirib.
Trend-in məlumatına görə, Tramp bunu "New York Post" nəşrinin əməkdaşı ilə söhbətində vurğulayıb.
Tramp, H-1B vizaları haqqında danışaraq, bu proqramın böyük üstünlüklərə malik olduğunu qeyd edib: "Mən həmişə vizaları bəyənmişəm, həmişə vizaların tərəfdarı olmuşam və buna görə də bizdə var. Mənim bizneslərimdə H-1B vizası ilə çoxlu insan çalışır. Bu əla proqramdır".