...

Prezident İlham Əliyev ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib

Siyasət Materials 28 Dekabr 2024 17:42 (UTC +04:00)
Prezident İlham Əliyev ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gələn il üçün gəlirləri 14 milyard 452,5 milyon manat, xərcləri isə 14 milyard 640,2 milyon manat təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Bunlar, cari illə müqayisədə müvafiq olaraq 19,7 % və 13,5 % çoxdur.

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra

№-si

Gəlir mənbələri

Gəlirlərin məbləği (min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya

iştirak payına düşən gəlirlər istisna olmaqla)

9 797 268,0

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin

akrhesabı ödənişləri

3 600,6

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə

ötürülməsindən əldə edilən gəlir

25 391,9

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin

yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir

3 462 265,7

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı

sərmayəçilər tərəfindən ödənilən bonuslar

767 720,0

2.6.

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividend

ödənişləri

396 219,0

Cəmi

14 452 465,2

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra

№-si

Xərc istiqamətləri

Xərclərin məbləği (min manat)

3.1.

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

14 481 000,0

3.2.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

24 713,4

3.3.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət

Proqramı”nın maliyyələşdirilməsi

90 786,0

3.4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

43 725,5

Cəmi

14 640 224,9

Məqalədə:
Xəbər lenti

Xəbər lenti