...

Türkiyədən İrana sement ixracı azalıb

Dünya xəbərləri Materials 27 Dekabr 2024 10:08 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən İrana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz azalaraq, 11 milyon 699 min 48 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyədən İrana 1 milyon 62 min 88 dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 1,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,4 faiz azalaraq, 4 milyard dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 346 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 0,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Xəbər lenti

Xəbər lenti