Bakı. Trend:
Türkiyəli tanınmış futbol mütəxəssisi Fatih Terim yenidən işinin başına qayıdıb.
Trend xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubu 71 yaşlı təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirib.
Klubun rəsmi səhifəsində bununla bağlı video paylaşılıb və “Salam, İmperator” yazılıb.
Qeyd edək ki, Fatih Terim daha çox “Qalatasaray” və Türkiyə millisindəki işi ilə tanınır. O, son olaraq Yunanıstanın “Panatinaikos” komandasında işləyib.